Qorbaçovun beynəlxalq məhkəməyə verilməsi tələb edilib - FOTO

18 Yanvar 2014 21:52 (UTC+04:00)
Ukraynanın paytaxtı Kiyev şəhərində müxtəlif millətləri təmsil edən təşkilatların iştirakı ilə 20 Yanvar hadisələrinin 24 -cü ildönümü qeyd olunub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, bununla bağlı bu gün Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB), Ukrayna Millətlər Assambleyası, Ukrayna Yəhudi Fondu, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzi, o cümlədən Ukraynada fəaliyyət göstərən digər bir sıra xalqların diaspora təşkilatları ilə birgə konfrans keçirlib.

Konfransda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Tədbirdə çıxış edən BUAK sədri Rövşən Tağıyev 24 il əvvəl Sovet qoşunlarının Bakıda və Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə qarşı həyata keçirdiyi kütləvi qırğınlar barədə danışıb.

Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov, Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Rafiq Novruzov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Ukrayna Yəhudi Fondunun prezidenti Arkadi Monastırski, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzinin prezidenti Pyotr Şarafetdinov və digər xalqların diaspora rəhbərləri 20 Yanvar faciəsindən 24 il ötməsinə baxmayaraq bu qanlı cinayətdə birbaşa əli olan Mixail Qarbaçov və o vaxtkı sovet rəhbərliyinin beynəlxalq məhkəmə qarşısında cavab vermələrinin vacibliyini bildiriblər.

Bununla bağlı Ukrayna Millətlər Assableyası adından beynəlxalq təşkilatlara müraciət qəbul olunub.



AzNews.az