Taksim meydanı yenə qarışdı

18 Yanvar 2014 22:10 (UTC+04:00)
Türkiyənin İstanbul şəhərinin Taksim meydanında bu gün keçirilən "İnternetimə toxunma" nümayişi polis tərəfindən dağıdılıb.

Yerli vaxtla 18.00-də (Bakı vaxtı ilə 20.00) meydana toplanan qrupa polis zirehli maşınla və su şırnağı ilə müdaxilə edib. Qrup Sıraselvilər prospektinə tərəf uzaqlaşdırılıb. Hadisə zamanı çox sayda insan həbs edilib. "İnternetimə toxunma" nümayişləri Türkiyədə 2011-ci ildən keçirilir və internetdə senzuraya qarşı bir etiraz aksiyasıdır. Son zamanlarda Türkiyədə sosial şəbəkələrə girişə qeyri-rəsmi maneələrin tətbiq edilməsi barədə xəbərlər yayılmaqdadır ki, bu da etiraz aksiyalarını yenidən gündəmə gətirib. (ANS)