Tanınmış aktyorun vəziyyəti ağırdır

19 Yanvar 2014 10:00 (UTC+04:00)
Türkiyənin tanınmış aktyoru Nejat İşler səhhətində yaranmış nasazlıq səbəbindən xəstəxanaya çatdırılıb. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, uzun müddətdir ağ ciyər serrozundan əziyyət çəkən İşlerin müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam edir.

Xəstənin vəziyyəti barədə mətbuata açıqlama verən həkimi Aydın Aksoy, aktyorda ağ ciyər infeksiyası və nəfəs çatışmazlığına bağlı olaraq septik şok əmələ gəldiyini bildirib.

Septik şok vəziyyətinin ağ ciyər, qara ciyər, böyrəklər, ürək və qan hüceyrələrinə təsir ediyini deyən həkim bildirib ki, Nejat İşlerin həyatı üçün təhlükəli vəziyyət davam edir.

Hazırda aktyorun reanimasiya şöbəsində nəfəs cihazına bağlı yaşadığını deyən Aksoy bildirib ki, xəstə qastroenteroloq, kardioloq və s. həkimlərin nəzarəti altındadır.

Xatırladaq ki, bir çox film və serialda çəkilmiş aktyoru Azərbaycan tamaşaçısı əsasən "Aliyə" serialındakı həkim Deniz Erbil obrazı ilə tanıyıb.

AzNews.az