Əsəd üsyançıları prezident seçkilərinə dəvət edir

19 Yanvar 2014 19:23 (UTC+04:00)
Suriya prezidenti Bəşər Əsəd suriya müxalifətini ölkə rəhbərliynə seçkilərdə birgə mübarizəyə çağırıb.

AzNews.az - ın RİA Novosti - yə istinadən verdiyi xəbərə görə Əsəd belə güman edir ki, yalnız bu yolla üsyançılara şans vermək lazımdır ki, onlar ölkədə hansı nüfuza malik olduqlarını özləri öyrənsinlər.
"Yalnız seçki yolu ilə xalq gələcək prezidentini müəyyən etməlidir",- deyə hazırkı prezident bildirib.
Əsəd həm də Rusiya dövlətinə hər zaman göstərdikləri humanitar köməyə görə minnətdarlığını bildirib.
"Rusiya başqalarından fərqli olaraq təkcə sözdə deyil, daimi Suriyaya humanitar yük göndərməklə əməldə də həmrəyliyini nümayiş etdirmişdir", - Bəşər Əsəd qeyd edib.
Qeyd etmək yerinə düşər ki, Əsəd birinci dəfə deyil ki, 2014 - cü il prezident seçkilərində yalnız xalq onu dəstəkləyəcəyi təqdirdə namizədliyini irəli sürəcəyini vəd edib. Elə bu yaxınlarda o istefa verməyə hər zaman hazır olduğunu bildirib.
Ölkədə isə hələ də intriqa davam edir.
Yaxın zamanlarda isə Suriyanın gələcək taleyi "Cenevrə - 2" konfransında müzakirə olunacaq. Gözlənildiyinə görə görüş çərçivəsində ilk dəfə olaraq hökumətlə üsyançılar arasında birbaşa sülh danışıqlar olmalıdır.
Verilən ən son məlumatlara görə Cenevrəyə üsyançıların 15 nümayəndəsinin gedəcəyi gözlənilir.

Əli
AzNews.az