“20 Yanvar faciəsi daim AŞPA-nın diqqətindədir” - Deputat

20 Yanvar 2014 10:12 (UTC+04:00)
"20 Yanvar faciəsi daim Avropa Şurası Parlament Assambleyasının diqqətində olub" AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Bununla bağlı müvafiq qətnamələrin qəbul olunduğunu xatırladan S. Seyidov əlavə edib ki, 20 Yanvar faciəsi bundan sonra da AŞPA-da diqqət mərkəzində olacaq. S. Seyidov Azərbaycanın AŞPA Nazirlər Komitəsində sədrliyi ilə bağlı məsələ barədə də danışıb. O deyib ki, 2014-cü ilin yayından Azərbaycanın Nazirlər Komitəsində sədrlik edəcək: "Azərbaycanın sədrliyi ilə əlaqədar fəaliyyət planının razılaşdırılması istiqamətində artıq iş davam etdirilir".


Amid
AzNews.az