Bayraqlar endirildi - SÜKUT

20 Yanvar 2014 11:09 (UTC+04:00)
Bu gün 20 yanvar faciəsinin 24-cü ildönümü münasibəti ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində, həmçinin xaricdə yerləşən diplomatik nümayəndəliklərində, xarici sularda üzən gəmilərində bir dəqiqəlik sükut nümayiş etdirilib. AzNews.az-ın məlumatına görə, bütün yollarda nəqliyyat vasitələrindən, metro və yerüstü qatarlardan, həmçinin Bakı buxtasına cəlb edilmiş gəmilərdən bir dəqiqə ərzində fit verilib. Sükutla bağlı nəqliyyatın hərəkəti də bir dəqiqə ərzində dayandırılıb, Azərbaycanın dövlət idarələrində, hərbi hissələrdə və diplomatik korpuslarında dövlət bayrağı faciə ilə əlaqədar endirilib.

AzNews.az