Heç yerdə bu qədər həbsxana tikilmir – Mədət Quliyev

20 Yanvar 2014 11:11 (UTC+04:00)
"Paytaxtın mərkəzində yerləşən cəzakəkmə müəssisələrinin şəhərdən kənara köçürülmə prosesi davam etdiriləcək". AzNews.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib. O bildirib ki, vaxtilə bu müəssisələr şəhərin ətrafında inşa edilsə də, hazırda paytaxtın böyüməsi həmin müəssisələr oradan köçürülməsi məsələsini gündəmə gətirib: "Artıq bu istiqamətdə işlər davam etdirilir. Lənkəran, Kürdəmir və Gəncə şəhərlərində də yeni cəzaçəkmə müəssisələri tikilir. Bu gün dünyanın heç bir dövlətində 10 yeni cəzaçəkmə müəssisəsi tikilmir. Artıq 3 cəzaçəkmə müəssisəsi istifadəyə verilib. Yeddi müəssisəsi isə tikilməkdədir".

Amid