Azərbaycan həbsxanalarında nə qədər vərəm var?

20 Yanvar 2014 11:38 (UTC+04:00)



AzNews.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

O bildirib ki, vərəm xəstəliyinə tutulan məhbusların müalicəsi istiqamətində işlər aparılır: "Bizdə səhhətində problem olan məhbuslar üçün Müalicə Müəssisəsi fəaliyyət göstərir. Dünyanın digər ölkələrindəki vərəmli məhkumların sayı ilə müqayisə etsək, Azərbaycanda belə məhbusların sayı çox deyil. Lakin problemin olmaması üçün davamlı olaraq işlər aparılır".

M. Quliyev onu da bildirib ki, hazırda məhkumlar arasında 492 nəfər də şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Penitensiar Xidmətin rəisi məhbusların qida rasionu haqda da danışıb: "Azərbaycanda məhbuslara yüksək kalorili qidalar verilir. Diabet xəstələrinə isə xüsusi qidalar verilir. Bunun üçün ötən il biz ölkənin tanınmış kulinarlarına da müraciət etdik".

Amid
AzNews.az