ABŞ gəmi və təyyarələri hazır vəziyyətə gətirilib

21 Yanvar 2014 08:15 (UTC+04:00)

Qara dənizə Amerikanın iki hərbi gəmisi çıxarılıb. Hərbi gəmilər Soçi olimpiadası zamanı fövqəladə vəziyyət yaranacağı təqdirdə Rusiyaya kömək edəcək.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Pentaqon artıq hərbi gəmilərin regionda olduğunu təsdiqləyib.

Bundan əvvəl kontr-admiral Con Kirbi iki amerikalı hərbi gəminin Qara dəniz rayonunda olacağını bəyan etmişdi. Ancaq Amerika mətbuatı gəmilərin həm də fövqəladə vəziyyət zamanı amerikalıları Soçidən evakuasiya üçün istifadə ediləcəyini bildirib.

Bu məqsədlə Almaniyada yerləşdirilən təyyarələrdən də istifadə olunacağı qeyd olunub. CNN-in məlumatına görə, təyyarələr iki saat müddətində Soçiyə çatacaq.

Elnarə
AzNews.az