Tövlədə yanğın- 200 toyuq öldü

21 Yanvar 2014 08:50 (UTC+04:00)
Gəncə sakininə məxsus tövlə yanıb.

AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə Eminbəyli küçəsi, ev 4-də yaşayan Bəylər Məmmədova məxsus mal tövləsində baş verib.
Sahəsi 64 kv.m olan tövlənin 24 kv.m-i yanıb.

Hadisə nəticəsində tövlədə saxlanılan 200 toyuq yanaraq tələf olub.

AzNews.az