Cəmil Həsənli müxalifətin Forumundan danışdı

21 Yanvar 2014 09:12 (UTC+04:00)




"Müxalifət birliklərinin və xaricdən olan politoloqların iştirak edəcəyi Azərbaycanla bağlı Foruma hazırlıq işlərinə başlanılıb".


Bunu AzNews.az-a açıqlamasında Milli Şura sədri Cəmil Həsənli deyib.

"Azərbaycan bu gün" mövzusuna keçirilməsi nəzərdə tutulan beynəlxalq Forum haqqında danışan C. Həsənli bildirib ki, artıq Milli Şuranın Fəxri sədri Rüstəm İbrahimbəyovla da bu məsələyə dair fikir mübadiləsi aparıb: "Biz bu barədə danışmışıq. Rüstəm İbrahimbəyovun təklifi ilə razıyam. Artıq bu istiqamətdə Milli Şurada da məsləhətləşmələrə başlanılıb".

C. Həsənli deyib ki, bütün müzakirələr başa çatandan sonra bununla bağlı yekun qərar açıqlanacaq.

Bahar Rüstəmli
AzNews.az