Hərbçilərimiz qəzaya düşdü: yaralılar var

21 Yanvar 2014 09:25 (UTC+04:00)
Azərbaycanda hərbi maşın qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə məxsus maşının qəzaya uğraması nəticəsində 3 hərbi qulluqçu xəsarət alıb. Yaralılar hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

AzNews.az