Kiyevi qana boyayan qanun sabah qüvvəyə minir

21 Yanvar 2014 09:42 (UTC+04:00)

Ukraynada yanvarın 20-də aksiyaçılarla təhlükəsizlik qüvvələri arasında qanlı toqquşmalara səbəb olan qanunlar yanvarın 22-də qüvvəyə minəcək.

AzNews.az xəbər verir ki, qanun artıq Ali Radanın mətbuat orqanı olan "Голос Украины" qəzetində çap edilib.

Qanun qəzetdə dərc ediləndən bir gün sonra qüvvəyə minir. Yeni qanuna əsasən mitinqlərin keçirilməsində qaydalar dəyişdiriləcək. Həmçinin qanunsuz aksiyalara görə cəzalar sərtləşdiriləcək.

Ukrayna mətbuatının yazdığına görə, qanun layihəsi Ali Radada böyük səs çoxluğu ilə qəbul edilib: "Əksər deputatlar əvvəl oxumadıqları qanuna səs veriblər".

Yeni qanun ABŞ və Avropa İttifaqının kəskin etirazına səbəb olub. Rəsmi Vaşinqton hətta Ukraynaya qarşı sanksiyaları istisna etməyib.

Elnarə
AzNews.az