Jirinovski kök məmurların işdən qovulmasını tələb etdi

21 Yanvar 2014 11:01 (UTC+04:00)

Qalmaqallı çıxışları ilə gündəmə gələn Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bu dəfə də hamını təəccübləndirib.

Partiya rəhbəri çəkisi 80 kiloqramdan çox olan məmurların işdən qovulmasını təklif edib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Jirinovski bu tələbinin deputatlara da şamil edilməsini istəyib. Jirinovskinin sözlərinə göə, Rusiya piylənməyə qarşı mübarizəyə məmur və deputatlardan başlamalıdır.

Elnur
AzNews.az