Bakıda baş redaktor cinayət başında yaxalandı

21 Yanvar 2014 13:13 (UTC+04:00)
Bakıda saxta sənəd satan şəxs tutulub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Zəngəzurun səsi" qəzetinin baş redaktoru, Bakı şəhər sakini Yavər Nuriyev paytaxt sakini Hüseynağa Məmmədova işləməsi barədə saxta əmək kitabçasını 1500 manata satarkən tutulub.

Araşdırmalar davam etdirilir.

AzNews.az