Səfər Əbiyev istintaqa cəlb edilir - Hərbi Prokurorluq işə qarışdı

21 Yanvar 2014 13:30 (UTC+04:00)
Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra nazirlikdə ciddi kadr islahatları ilə yanaşı əsaslı yoxlamalara başlanıb.

AzNews.az-a daxil olan məlumata görə, nazirlik sistemində ciddi qanun pozuntuları, korrupsiya halları aşkarlandığından, bəzi faktları artıq hərbi prokurorluq araşdırmağa başlayıb.

AzNews.az xəbər verir ki, belə yoxlamalardan biri də Müdafiə Nazirliyinin bir ay əvvəl ləğv edilmiş "N" saylı hərbi hissəsində aparılır. Bakı ətrafında yerləşən və tam məxfi təyinatlı hərbi hissənin komandiri seysmoloq Elçin Xəlilov ("Zəlzələ" Elçın – red.) olub.

Artıq istintaqla bağlı sənədlərin bir qismi rəy alınması üçün AMEA-ya göndərilib.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu tərəfindən ciddi istintaq işləri aparılan bu hərbi hissə təyinatı ilə əlaqədar olaraq bir başa nazirin nəzarətində olub. Elə buna görə də, hərbi hissədə aşkarlanan neqativ hallarla bağlı sabiq nazir Səfər Əbiyevin də dindiriləcəyi gözlənilir.

Məsələ ilə bağlı Respublika Hərbi Prokurorluğunun mövqeyini öyrənmək mümkün olmadı.

Məhəmməd
AzNews.az