Aşıq Telli - ANS qalmaqalına səbəb olan Aytən danışdı

21 Yanvar 2014 15:10 (UTC+04:00)

"Saz təkcə bizim alətimiz deyil ki. Aşıq Namiqlə duetimiz çox gözəl alınıb. Hələ buna klip də çəkdirəcəyik".


Bunu AzNews.az-a rəqqasə Aytən bildirib. Onun sözlərinə görə, orental rəqsdə iki alət əsas götürülür:

"Biri zərb, biri də saz. Savadsızlar, bu iki alət oriental rəqsdə başda gedir. Namiqlə bizim klipi bəyənənlər daha çox olub. Mən belə qalmaqallara bas qoşmuram, işlərimlə məşğulam. Namiq çoz gözəl sənətkardır".

Xatırladaq ki, Aşıq Telli ilə ANS kanalının əməkdaşı arasında yaranan qalmaqala rəqqasə Aytənlə Aşıq Namiqin sözügedən klipi səbəb olub.

Bahar
AzNews.az