YAP funksioneri: "Hesabatdakı faktlar saxtalaşdırılıb"

21 Yanvar 2014 16:30 (UTC+04:00)
"Hesabat siyasi məqsədlər üçün hazırlanıb"


""Human Rights Watch" təşkilatının siyasi məqsədlər üçün belə bir hesabat hazırladığı hiss edilir".


Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, adıçəkilən hesabatda tərtib olunan faktlar saxtalaşdırılıb: "Azərbaycanda ifadə, sərbəst toplaşmaq azadlığının il ərzində kəskin şəkildə pisləşdiyi, ölkədə müxtəlif siyasi fəalların həbsi, mediada məhdudlaşdırıcı ətraf mühitin yaradılması, toplaşmaq azadlığının pozulmasının seçkiqabağı təşviqatı zədələdiyi barədə təşkilatın yaydığı hesabat qərəzlidir. Hesabatda tərtib olunan faktlar saxtalaşdırılıb".

Qeyd edək ki, "Human Rights Watch" təşkilatı hesabatında 2013-cü ildə keçirilən prezident seçkilərində məntəqələrin 58 faizində səslərin sayılmasını pis və ya çox pis kimi qiymətləndirilib. Həmçinin, hesabatda müxalif siyasi qurumlara seçki təşviqatında iştiraklına maneələrin yaradıldığı da qeyd olunub.

Amid
AzNews.az