Teleaparıcı intihar etdi

21 Yanvar 2014 16:32 (UTC+04:00)
Rusiyanın "Mir 24" telekanalının aparıcısı Eduard Markov intihar edib.

APA – nın verdiyi məlumata görə, E. Markov dostu ilə mübahisə etdikdən sonra 11-ci mərtəbədə yerləşən mənzilin otaqlarının birinə keçib və qapını bağlayıb.

Onun dostu qapını sındırmağa çalışan zaman jurnalist özünü pəncərədən yerə atıb.

Faktla bağlı istintaq öncəsi yoxlama aparılır.

AzNews.az