Lənkəranda orta məktəbdə təşviş: şagirdlər təxliyə olundu

21 Yanvar 2014 17:03 (UTC+04:00)
Lənkəranda təlim məqsədli minanın təhlükəli olduğu müəyyən edilib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən Elman Məmmədov adına tam orta məktəbdə təlim məqsədli tank əlehinə minanın təhlükəli olduğu müəyyən edilib.

Dərhal nazirliyin xilasediciləri və mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN-in mütəxəssisləri 187 şagird, 32 müəllim və 16 texniki işçini məktəb binasından təxliyyə edib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

AzNews.az