Beyləqanda iki nəfər bıçaqlanıb

21 Yanvar 2014 18:55 (UTC+04:00)
Beyləqan rayon sakini iki nəfəri bıçaqlayıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 19-da Beyləqan rayonu ərazisində rayon sakini Yasin Hüseynov münaqişə zəminində həmyerliləri Murad Qasımova və Pərviz Quliyevə bıçaqla xəsarət yetirib.

M.Qasımovun vəziyyəti orta-ağır, P.Quliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Y. Hüseynov könüllü olaraq Beyləqan Rayon Polis Şöbəsinə gələrək təslim olub.



AzNews.az