İlkər Başbuğ azad edilmədi

21 Yanvar 2014 21:27 (UTC+04:00)
İstanbul məhkəməsi Türkiyə Silahlı Qüvvələri baş qərargahının keçmiş rəisi, hazırda həbsdə olan İlkər Başbuğun sərbəst buraxmaqdan imtina edib.

Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, o, "gizli "Ərgənəkon" təşkilatını yaratmaqda" və "hərbi devriliş hazırlamaqda" ittiham olunub.General 2013-cü ilin avqustunda ömürlük azadlıqdan məhrum edilib.

Mənbə bildirib ki, Başbuğun əfvi ilə bağlı prokurorluq müraciət edib. Qurum "şəxs keyfiyyətini və sosial vəziyyətini" nəzərə alaraq, onun azad edilməsini və əfv olunmasını istəmişdi.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın əvvəlində "Ərgənəkon"la bağlı mühakimə olunanların işinə yenidən baxıla biləcəyinə işarə etmişdi.


AzNews.az