Sabunçuda avtomobili yandı

21 Yanvar 2014 21:33 (UTC+04:00)
AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda sahibi məlum olmayan "VAZ" markalı minik avtomobilin hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az