İraqda 26 nəfər edam edilib

21 Yanvar 2014 21:40 (UTC+04:00)
İraqda terrorçuluqda təqsirli bilinən 26 nəfər edam edilib.

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın NBC telekanalı məlumat yayıb.

"Edam olunanların hamısı İraq xalqına qarşı amansız terror cinayətləri törədiblər, onların təqsiri sübuta yetirilib və ölkə prezidenti məhkəmənin qərarını təsdiq edib", deyə İraqın ədliyyə naziri Həsən aş-Şammari açıqlamasında bildirib.

Məlumata görə, məhkum olunanların hamısı yanvarın 19-da asılaraq edam olunub.

Qeyd edək ki, BMT baş katibi Pan Qi Mun bu günlərdə Bağdadda səfərdə olarkən İraqın baş naziri Nuri əl-Malikini edamlara son qoymağa çağırıb, lakin Nuri əl-Maliki bu təklifi qəbul etməyib.



AzNews.az