Kanalizasiyaya düşən at xilas edildi

22 Yanvar 2014 08:53 (UTC+04:00)
Suraxanı rayonunda at kanalizasiya xəttinə düşüb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda ev heyvanı (at) dərinliyi 3-4 metr olan çirkab suların axıdıldığı kanalizasiya xəttinə düşüb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər müvafiq qaydada heyvanı xilas edərək sahibinə təhvil veriblər. Əməliyyat gecə saat 05:15-də başa çatıb.

AzNews.az