“Elektron hökumət”də qeydiyyat qaydası

22 Yanvar 2014 09:15 (UTC+04:00)
Elektron xidmətlərindən istifadə etmək üçün "Elektron hökumət " portalından necə qeydiyyatdan keçmək olar?


Qurumların elektron xidmətlərindən istifadə etmək üçün "Elektron hökumət " portalında qeydiyyatdan keçmək tələb olunur (vətəndaşın şəxsi kod-parolu). Bunun üçün ilk növbədə "www.e-gov.az" portalına daxil olub, qeydiyyat xanasında açılan səhifədə istifadəçi qaydaları ilə tanış olduqdan sonra qaydaları qəbul edib, "davam et" düyməsini secməlisiniz.

Açılan növbəti səhifədə vətəndaşa fərdi məlumatlar təqdim olunur və qeyd olunmuş məlumatları uğurla keçdikdə "Elektron hökumət " portalında yerləşdirilmiş elektron xidmətlərdən asanlıqla yararlana bilərsiniz.

Qeyd edək ki, "Elektron hökumət" portalına sadələşdirilmiş daxilolma vasitəsi olan kod-parolu almaq üçün elektron qeydiyyatdan keçə bilməyən vətəndaşlar respublikamızın rayon mərkəzlərinə və Bakıda bütün poçt şöbələrinə şəxsiyyət vəsiqəsi ilə müraciət etməklə kod-parolu ala bilər.

Qeydiyyat Mərkəzlərinin və poçt şöbələrinin ünvanlarını bu (https://www.e-gov.az/content/?i=20&title=qeydiyyat-menteqeleri&s=4) linkə daxil olaraq əldə etmək mümkündür.

AzNews.az