Xanım Qafarova teatrda işə başlayıb

22 Yanvar 2014 10:47 (UTC+04:00)
"Artıq ikinci həftədir ki, işə çıxıram. Teatrda yarımçıq qalmış məşqlərimə başlamışam".


Bunu AzNews.az-a əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova bildirib.

Onun sözlərinə görə, aktrisa yanvar ayının 27-də yenidən Türkiyəyə yollanacaq: "Allahın köməkliyi ilə yanvarın 27-də yenidən Türkiyəyə gedəcəm. 10 gün yenidən kimya-terapiya olunacağam.

Sonra isə Bakıya qayıdıb teatrda yeni aldığım rollar üzərində işləməliyəm. Yenə də bütün bunlara görə, Heydər Əliyev Fonduna və bu problemimi ictimailəşdirdiyinizə AzNews.az-a təşəkkürümü bildirirəm".

Bahar Rüstəmli
AzNews.az