Dəm qazından zəhərlənmələrin– Statistikası

22 Yanvar 2014 11:09 (UTC+04:00)
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yanvar ayının ötən dövrü ərzində dəm qazından zəhərlənməyə görə 204 müraciət daxil olub.

Bunu AzNews.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

O bildirib ki, bunlardan 136 nəfər xəstəxanaya yerləşdirilib, bəzilərinə isə yerindəcə yardım göstərilib.

Amid Əyyuboğlu
AzNews.az