Evin zirzəmisində partlayış: yaralılar var
22 Yanvar 2014 11:53 (UTC+04:00)
Gəncə şəhərində evin zirzəmisində qaz balonunun nasazlığından partlayış baş verib.
AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 21-də saat 20 radələrində Gəncə şəhəri Cavadxan qəsəbə sakini Fatma Verdiyevanın evinin zirzəmisində qaz balonunun nasazlığından ani partlayış baş verib.
Xəsarət almış F.Verdiyeva və qızı Nübar xəstəxanaya yerləşdirilib.
AzNews.az