Müsavatçıların qəzaya düşməsi ilə bağlı Rəsmi açıqlama

22 Yanvar 2014 12:07 (UTC+04:00)
Daxili İşlər Nazirliyi dünən müsavatçıların düşdüyü qəza ilə bağlı məlumat yayıb.

DİN-in saytında bildirilir ki, yanvarın 21-də saat 20 radələrində İsmayıllı rayonu Xanagah kəndinin ərazisində Bakı şəhər sakini Əli Soltan oğlu Çingiz idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı ağaça vurub. Ə.Çingiz və sərnişinləri - Bakı şəhər sakinləri Xaliq Bağırov, Maya Yaqublu, Nərgiz Yaqublu xəstəxanaya yerləşdiriliblər.

BDYPİ tərəfindən araşdırma aparılır.

AzNews.az