Polis bölmələrindəki vəziyyət araşdırıldı

22 Yanvar 2014 16:54 (UTC+04:00)
Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinin 11-ci və 38-ci polis bölmələrinə başçəkmələr həyata keçiriblər.

Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmələrin məqsədi bu bölmələrdə saxlanılma şəraiti, rəftar və müvafiq sənədləşmənin araşdırılması olub. Başçəkmələr zamanı polis bölmələrində saxlanılan şəxs olmayıb, hər hansı nöqsan aşkar edilməyib.

Habelə 38-ci polis bölməsinin standartlara cavab verən yeni binaya köçürüldüyü və burada ümumilikdə dörd nəfər üçün nəzərdə tutulmuş iki müvəqqəti saxlanma yerinin inşa edildiyi məlum olub.

AzNews.az