Bombardmanda 33 Özbəkistan və 3 Almaniya vətəndaşı ölüb

22 Yanvar 2014 18:29 (UTC+04:00)
Pakistan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin ölkənin şimal-qərbində "Taliban" düşərgələrini bombalaması nəticəsində azı 3 Almaniya vətəndaşı ölüb.

APA-nın "Farance Presse" agentliyinə istinadən verdiyi məlumata görə, Pakistan hüquq-mühafizə orqanlarındakı mənbə ümumilikdə 40 nəfərin öldüyünü, onlardan 33-nün Özbəkistan vətəndaşı olduğunu bildirib. Mənbə "Özbəkistan İslam Hərəkatı"nın bazalarına havadan zərbələr endirildiyini söyləyib. Hələlik Özbəkistan hökuməti hadisə ilə bağlı şərh verməyib.

Əməliyyat zamanı Pakistandakı "Taliban"ın liderlərindən biri Vali Məhəmməd də ölüb.



AzNews.az