Yardımlıda baş vermiş oğurluq hadisələrinin üstü açılıb

22 Yanvar 2014 19:11 (UTC+04:00)
Yanvarın 17 - dən 18 - nə keçən gecə Yardımlı şəhərində 3 oğurluq hadisəsi baş vermişdi.

Bu gün oğurluq hadisəsi baş verən aptekin müdiri Mustafayev Bəşir İbrahim oğlu AzNews.az - a telefon açaraq oğruların tutulduğunu bildirib. B.Mustafayev ogurluq hadisəsinin üstünün isti izlərlə açılmasında əməyi olan hər kəsə , o cümlədən rayon DİŞ - nin rəhbərliyinə minnətdarlığını da bildirib.
AzNews.az - ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Yardımlı rayon DİŞ - nə zəng edib. Şöbədən oğurluq hadisəsinin üstünün açılması faktı təsdiqlənib.
Əlavə məlumat veriləcək.


Əli
AzNews.az