Kiyev alovlar içərisində - VİDEO

22 Yanvar 2014 20:09 (UTC+04:00)
20:15

Azadlıq radiosunun verdiyi son məlumata görə, "Berkut" etirazçıları "Dinamo" stadionunun qarşısından çıxarıb. İndiyədək etirazçıların barrikada qurduğu mövqelərdə indi təhlükəszilik qüvvələrinin qalxanlı əsgərləri sıraya düzülüb.

Əsgərlərin arxa mövqelərindən zirehli hərbi maşın çıxaraq ön çərgəyə yaxınlaşıb.

Azadlıq meydanın kütləvi etiraz mitinqi isə davam edir.

* * * *

"Berkut"un xalqa güllə atdığı bildirilir; ölü sayı 3-ə yüksəlib

Ukraynada gərginlik pik həddə çatıb. "Berkut" xüsusi təyinatlılarının iki aydan bəri küçə və meydanlarda etiraz aksiyası keçirən nümayişçiləri qarşı güc tətbiq etdiyi, hətta öldürücü silahlardan atəş açdığı bildirilir. "Stream" telekanalının verdiyi xəbərə görə, nümayişlərə qarşı tətbiq edilən güc zamanı ölənlərin sayı 3-ə yüksəlib.

Xatırladaq ki, son günlərdə paytaxt Kiyevdə hakumət qüvvələri ilə nümayişçilər arasında münasibətlər son dərəcə gərginləşib, qarşılıqlı əlbəyaxa dava-dalaşlar müşahidə olunub, müxtəlif təxribat cəhdlərinə əl atılıb.

Hazırda meydanda bir neçə yerdə yanğınlar müşahidə olunur. Nümayişçilərin sona qədər dirəniş göstərməyə niyyətli olduqları bildirilir.(Musavat.com)