İlham Əliyev Davosda Suma Çakrabarti ilə görüşüb

22 Yanvar 2014 23:03 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb.

Görüşdə Azərbaycanda son vaxtlar gedən proseslər, iqtisadi inkişaf, qeyri-neft sektoruna göstərilən diqqət və əldə edilən nailiyyətlər, işsizliyin və yoxsulluğun aradan qaldırılması və korrupsiyaya qarşı mübarizədən məmnunluq bildirilib.

Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.(Azər Tac)