ABŞ ordusunda saqqala və əmmaməyə icazə verildi

23 Yanvar 2014 08:35 (UTC+04:00)

ABŞ-ın Müdafiə Nazirliyi hərbçilərin xarici görünüşü ilə bağlı daxili qaydalara dəyişiklik edib.

Bundan sonra hərbi qulluqçulara saqqal saxlamağa, əmmamə və digər baş örtüyündən istifadəyə icazə veriləcək.

AzNews.az xəbər verir ki, bu barədə məlumat "Pentaqon"un saytında yer alıb.

Pentaqon bildirib ki, bundan sonra dini inancları tələb etdiyi təqdirdə hərbçilər saqqal saxlaya və ya baş örtüyündən istifadə edə bilərlər. Ancaq bu hərbçilərin hərbi keyfiyyətinə təsir etməməlidir.

Hazırda ABŞ ordusunda saç və saqqalını kəsdirməyən, həmçinin baş örtüyündən istifadə edən 3 əsgər var. Onlardan biri- kapral Simranprit Lambın sözlərinə görə, bu vəziyyətdə hərbi xidmət keçməsinə icazə almaq üçün 10 ay tələb olunub. Xidmət keçdiyi 3 il müddətində isə öz dini inancı ilə bağlı heç bir çətinliklə üzləşməyib.

Pentaqonun yeni qərarı dini inancına görə fərqli xarici görünüşdə olmaq istəyən hərbçiləri sevindirib.

Elnarə
AzNews.az