Elton Con Putini homoseksuallarla görüşə çağırdı

23 Yanvar 2014 10:03 (UTC+04:00)

Britaniyalı musiqiçi Elton Con Rusiya prezidenti Vladimir Putinə müraciət edib.


AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, E.Con homoseksualizmin təbliğinin qadağan edilməsi ilə bağlı Rusiyada qəbul edilən qərarın ölkədə bu qəbildən olan insanların həyatına mənfi təsir etdiyini bildirib.

Yaranmış vəziyyəti aradan qaldırmaq üçün müğənni Putini homoseksuallarla görüşməyə və insanların problemlərini şəxsən dinləməyə çağırıb.

Elnur
AzNews.az