170 saylı avtobusda 2 gündə 2 yanğın – Sərnişinlər təşvişə düşdü

23 Yanvar 2014 10:25 (UTC+04:00)

Yanvarın 22 və 23-də Biləcəri-Binəqədi xətti üzrə hərəkət edən 170 nömrəli sərnişin avtobuslarında yanğın baş verib.

AzNews.az xəbər verir ki, yanğın səhər 8.30 radələrində qeydə alınıb. Hər iki yanğın zamanı avtobusda 60-70-ə yaxın şərnişin olub.

Avtobus sürücülərinin sözlərinə görə, hadisəyə nəqliyyat vasitəsinin texniki nasazlığı səbəb olub. Yanvarın 23-də 170 nömrəli sərnişin avtobusunda təkrar yanğın hadisəsi ilə üzləşən sərnişinlərlə sürücü arasında insident yaşanıb.

Sürücü onu ittiham edən sərnişinlərdən özünü müdafiə edərək "Mən nə edim? Hamı bilir ki, 170 nömrəli avtobuslar texniki cəhətdən nasazdır.

Bunu dəfələrlə desək də, mənası yoxdur. Təzə avtobuslar verilməlidir. Bu avtobuslarda günlərin birində dəhşətli hadisə baş verəcək" deyə bildirib.

Elvin
AzNews.az