Hərbi hissədən qaçan əsgər tapıldı- Yenilənib

23 Yanvar 2014 16:53 (UTC+04:00)
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri həqiqi hərbi xidmətdən müəmmalı şəkildə yoxa çıxıb.

Anspress-in verdiyi məlumata görə, Qazax rayonundakı N saylı hərbi hissənin əsgəri Hüseyn Orucəli oğlu Məhəmmədov hərbi xidmətdən yoxa çıxıb. Onun əsgərlikdən qaçdığı bildirilir.

Hazırda rayonun giriş-çıxışlarında hərbi postlar qurulub. Qaçan əsgərin axtarışlarına başlanılıb.(14.20)

***

Hərbi hissəni özbaşına tərk edən Azərbaycan Ordusunun əsgəri tapılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, nazirliyin Qazax rayonundakı "N" saylı hərbi hissəsinin əsgəri Hüseyn Orucəli oğlu Əhmədov xidməti yerini özbaşına tərk etmişdi.

Artıq əsgər hərbi hissəyə qaytarılıb və onun hansı səbəbdən hərbi hissəni özbaşına tərk etməsi ilə əlaqədar araşdırma aparılır.


AzNews.az