Lvovda müxalifət hakimiyyəti ələ aldı: qubernator istefa verdi

23 Yanvar 2014 16:02 (UTC+04:00)
Ukraynanın Lvov şəhərində müxalifətin təşkilatçılığı ilə keçirilən aksiyanın iştirakçıları yerli administrasiyanın binasını tutub.

AzNews.az bildirir ki, bu barədə məlumatı Zaxid.net saytı yayıb.

Administrasiyanın binası önünə minlərlə insan toplaşıb. Onlar binaya daxil olaraq hakimiyyəti əllərinə aldıqlarını bildiriblər.

Vilayətin qubernatoru Oleq Salo istefaya getməyə razı olduğunu açıqlayıb.

Elnarə
AzNews.az