ANS intihar edən homoseksualın ailəsini məhkəməyə verir

23 Yanvar 2014 17:11 (UTC+04:00)
ANS intihar edən homoseksual gənc İsa Şahmarlının ailəsini məhkəməyə verir.

Məhkəmə predmeti olacaq hadisə İ.Şahmarlının dəfn mərasimində baş verən insidentlə bağlıdır. Belə ki, dəfn mərasimindən sujet hazırlamaq istəyən ANS-in əməkdaşlarına zorakılıq nümayiş edirilib.

Məlumata görə, ANS-in çəkiliş qrupu İsa Şahmarılının evinə getdiyi zaman mərhumun atası çəkiliş qrupunun kamerasını sındırıb. Buna görə də ANS İ.Şahmarlının ailəsi ilə məhkəmədə görüşəcək.

Qeyd edək ki, ANS-in İctimaiyyətlə əlaqələr üzrə baş müşaviri Mais Məmmədov məlumatı "Bakupost"a təsdiqiləyib.

AzNews.az