İlham Əliyev Niderlandın baş naziri ilə görüşüb - FOTO

23 Yanvar 2014 17:52 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Niderland Krallığının baş naziri Mark Rutte ilə görüşüb.

İkitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafının qeyd edildiyi görüşdə ölkələrimiz arasında fəal iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, investisiyaların qoyuluşunun iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirilməsinin önəmi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


AzNews.az