Sabirabadda yanmış evdən meyit tapılıb

23 Yanvar 2014 19:17 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Sabirabad rayonu, Surra kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi səhəsi 18 kv.m qamışdan ibarət birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın kəşfiyyatı zamanı evdə Ə.M.Məlikovun yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



AzNews.az