İran gəmilərdə nüvə yanacağından istifadə edəcək

17 Avqust 2012 16:55 (UTC+04:00)

İranın "Fars" agentliyi IV nəsil nüvə elektrik stansıyasına yiyələnmək və 20 faiz zənginləşdirilmiş urandan bu stansiyalarda istifadə etməyi planlaşdırır.


Bunu agentliyə müsahibəsində İran Parlamentinin Enerji Komisiyasının üzvü Cəlil Cəfəri bildirib. Onun sözlərinə görə II nəsil nüvə elektirik stansiyalarının effekti az olduğundan yüksək keyfiyyətli IV nəsil elektirik stansiyalarının tikilməsi məqsədəuyğundur.

"İran gəmiləri sanksiyalar nəticəsində xarici ölkələrdə yanacaqla təmin olunmur. Bu isə bizim gəmiçiliyimizə bir sıra problemlər yaradır. Bu səbəbdən gəmilərdə yanacaq əldə etmək üçün nüvə enerjisindən istifadə etməyi planlaşdırırıq" deyən millət vəkili deyıb ki, belə olan halda gəmilər 5 il müddətinə əlavə yanacaq doldurmadan hərəkət edə bilər.

Xatırladaq ki, Qərb ölkələri İranın nüvə proqramından hərbi məqsədlər üçün istifadə edilməsindən narahatlığını bildirərək bu ölkəyə qarşı bir çox sanksıyalar tətbiq edib.


Alpər

AzNews.az