Vahid Ələkbərov 289 milyonluq səhm aldı

23 Yanvar 2014 19:31 (UTC+04:00)
"Luk Oil" neft şirkətinin prezidenti Vahid Ələkbərov 289 milyon rubla şirkətin 145 min qiymətli kağızını satın alıb.

Hazırda onun payı 2, 415 ( əvvəlki pay faizi 2,4 ) faiz təşkil edir. London Birjasının verdiyi məlumata görə, sövdələşmə yanvarın 16-da baş tutub. Xatırladaq ki, bu, neft şirkəti prezidentinin 2014-ci ildə sayca ikinci iri alış-verişidir. 2012 –ci ilin sonunda " Luk Oil" un menecerləri şirkətin aksiyalarını almağa başladılar, məhz həmin dövrdə də iri sövdələşmələr həyata keçirildi. Vahid Ələkbərov 136, 4 milyon dollar, vitse-prezident Leonid Fedun isə 123, 8 milyon dollar vəsait xərcləməli oldublar. (Axar.az)