Cənubi Sudan hökuməti ilə üsyançılar sülh bağladılar

23 Yanvar 2014 21:34 (UTC+04:00)


AzNews.az Reyter agentliyinə istinadən xəbər verir ki, bir aydan çoxdur ki, davam edən konfliktlərə son qoymaq üçün Cənubi Sudan hökuməti ilə üsyançılar arasında sülh bağlamaq barədə razılığa gəlinib.

Razılaşma müqaviləsi Efiopiyanın paytaxtı Əddis - Əbəbədə imzalanıb.

Sülh danışıqlarında vasitəçi kimi şərqi Afrika ölkələri regional blokuna daxil olan Cibuti, Eritreya, Efiopiya, Somali, Sudan, Genuya, Uqandanın nümayəndələri iştirak ediblər.

Bu niyyətlə blokun ölkələrarası inkişaf təşkilatı İGAD Cənubi Sudana 5.5 min sülhməramlı göndərmək qərarına gəlib.

Azər
AzNews.az