Lerikdə uşaq bağçası yandı
23 Yanvar 2014 22:24 (UTC+04:00)
Lerikdə yanğın baş verib.
AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisəsi rayonun Vistən kəndində (rayon mərkəzindən 20 km aralı) Rayon İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 375 kv.m olan 7 otaqdan ibarət uşaq bağçasında baş verib. Nəticədə uşaq bağçasının yanar konstruksiyaları 320 kv.m sahədə yanıb.
Bağçanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az