Bakıda gözətçi köşkü yandı, ölən var

24 Yanvar 2014 08:24 (UTC+04:00)
Bakıda gözətçi köşkü yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 4 kv.m olan daş konstruksiyalardan ibarət gözətçi köşkünün içərisindəki əşyalar yanıb.

Yanğının kəşfiyyatı zamanı gözətçinin yanmış meyiti aşkar olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az