Qaz təchizatında məhdudiyyətlər olacaq

24 Yanvar 2014 08:58 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar 24 yanvar 2014-cü il tarixində saat 10:00-dan 15:00-dək Abşeron rayonunun Ceyranbatan qəsəbəsinə, saat 10:00-dan 18:00-dək isə Nərimanov rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

AzNews.az