ANS: “Məhkəmə xəbəri yalandır”

24 Yanvar 2014 09:50 (UTC+04:00)

"Mən deməmişəm ki, ANS özünü öldürən İsa Şahmarlının ailəsini məhkəməyə verəcək. Mən demişəm ki, ANS-in orada kamerasını sındırıblar. Həmin kameranı kim sındırıbsa, o adam məhkəməyə veriləcək".




Bunu AzNews.az-a ANS telekanalının ictimaiyyətlə əlaqələr üzrə baş müşaviri Mais Məmmədov deyib. Onun sözlərinə görə, kameranı sındıran adam məhkəmə qarşısında cavab verəcək.

Xatırladaq ki, ANS intihar edən homoseksual gənc İsa Şahmarlının ailəsini məhkəməyə verməsi ilə bağlı məlumat "Bakupost"da verilib.

Bahar Rüstəmli
AzNews.az